• 27 Aprel 2024
logo
“Nəsimi” filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunacaq

“Nəsimi” filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunacaq

“Nəsimi” bədii filmi yenilənmiş versiyada tamaşaçılara təqdim olunacaq.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, 1973-cu ildə “Azərbaycanfilm” kinostudiyasında rejissor Həsən Seyidbəylinin ekranlaşdırdığı “Nəsimi” kinosu bərpa edilib.

Ekran əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Balans” milli rəqəmsal studiyasında yenilənib.

Təqdimat dekabrın 20-də saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.