• 26 Aprel 2024
logo
Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert keçirilib

Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert keçirilib

Azərbaycan Vokalçıları Festivalı uğurla davam edir.

18 dekabr tarixində axşam saat 19:00-da festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzində XX əsr Azərbaycan bəstəkarlarının mahnı və romanslarından ibarət konsert keçirilib.

Trend-in məlumatına görə, gecədə əməkdar artistlər Anar Şuşalı, Səidə Şərifəliyeva, Nadir Xasıyev, Zenfira İsmayılova, İlahə Əfəndiyeva və başqalarının ifasında mahnı və romanslar səslənib.

Konsert proqramı canlı efirdə Azərbaycan Televiziyasının Mədəniyyət Kanalından yayımlanıb. Konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.