• 29 Mart 2024
logo
Azərbaycan Audiovizual Müəlliflərin Beynəlxalq Konfederasiyasında təmsil olunacaq

Azərbaycan Audiovizual Müəlliflərin Beynəlxalq Konfederasiyasında təmsil olunacaq

17-19 may tarixlərində Cənubi Koreyanın Seul şəhərində Audiovizual Müəlliflərin Beynəlxalq Konfederasiyasının (AVACI) illik Konqresi keçiriləcək.
Azərbaycan Kinorejissorlar Gildiyasından verilən xəbərə görə, konfransda, audiovizual müəlliflərin – kinorejissorların və ssenaristləri müəllif hüquqları ilə yanaşı, peşəkarlığın inkişafı və kinosənayesi ilə bağlı müxtəlif məsələlər müzakirə ediləcək. Konqrəsə beş qitədən dəvət olunmuş çoxlu sayda audiovizual müəlliflər - ssenaristlər və rejissorların qatılacağı nəzərdə tutulur.
AVACİ-nin təsisçilərindən olan Azərbaycan Kinorejissorlar Gildiyasını konfransda Gildiyanın İdarı Heyətinin üzvü və Direktoru, kinorejissor Şahirə Tacəddin təmsil edəcəkdir. Konfransda Azərbaycan Kinorejissorlar Gildiyasının fəaliyyəti ilə bağlı məruzə-hesabat planlaşdırılıb.