• 24 Aprel 2024
logo
Aİ səfiri "Avroviziya-2022"nin finalında Azərbaycana uğurlar diləyib

Aİ səfiri "Avroviziya-2022"nin finalında Azərbaycana uğurlar diləyib

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko "Avroviziya - 2022" mahnı müsabiqəsinin yarımfinalında iştirak edən azərbaycanlı təmsilçi Nadir Rüstəmilin müsabiqənin final mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.
Bu barədə Aİ səfiri "Twitter"də paylaşım edib.
"Azərbaycanı və Nadir Rüstəmlini "Avroviziya - 2022"nin böyük finalına vəsiqə qazanması münasibətilə təbrik edirik. Bu axşam baş tutacaq yarışmada uğurlar diləyirik", səfir Mixalko qeyd edib.
Xatırladaq ki, mayın 12-də İtaliyanın Turin şəhərində "Avroviziya-2022" mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub. Azərbaycanı təmsil edən Nadir Rüstəmli 4-cü nömrə altında "Fade To Black" mahnısı ilə çıxış edib. Çıxışlar bitdikdən sonra səsvermə mərhələsində iştirakçılar arasında ən çox səs toplamış Azərbaycan və digər 9 ölkə 14 mayda keçiriləcək final mərhələsinə yüksəlib.