• 28 May 2022
logo
İsa Həbibbəyli: “Nizaminin milli kimliyi ilə bağlı mübahisəyə son qoyulub”

İsa Həbibbəyli: “Nizaminin milli kimliyi ilə bağlı mübahisəyə son qoyulub”

“Nizami Gəncəvinin milli kimliyi haqqında bütün dünyada gedən mübahisəyə son qoyulub”.
Bu sözləri Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Akademik qeyd edib ki, bu, Azərbaycan Nizamişünaslığının çox böyük nailiyyətidir: “Onun əsərləri ciddi Azərbaycançılıq meyarları istiqamətində öyrənilir və öyrənilməkdədir. Hansı ki, 2021-ci il ərzində Nizami haqqında 45 əsər nəşr olunub. Bütün bunlar Azərbaycanı Nizamişünaslığın mərkəzi kimi bütün dünyaya sübut edir”.