• 28 May 2022
logo
Bakıda Beynəlxalq Caz Günü keçiriləcək

Bakıda Beynəlxalq Caz Günü keçiriləcək

Beynəlxalq caz hadisəsinə qatılmaq məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında 29 aprel-2 may tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı və Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Caz Günü çərçivəsində Azərbaycan cazmenlərinin iştirakı ilə tədbirlər silsiləsi keçiriləcək.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2012-ci ildən etibarən UNESCO-nun sülhməramlı səfiri, Hörbi Hənkok Caz İnstitutunun rektoru, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü ilə UNESCO-nun təşkilatçılığı altında 30 aprel tarixində “Beynəlxalq Caz Günü” qeyd olunur.
Keçirildiyi ilk ildən etibarən Azərbaycan bu ümumdünya əhəmiyyətli caz hadisəsinə qoşulub və 2012-ci, 2015-ci illərdə bu beynəlxalq caz forumunda iştirak edib. 2017-ci ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra şirkətlər qrupunun təşkilatçılığı altında Bakı şəhərində Beynəlxalq Caz Günü qeyd olunur.