• 29 May 2022
logo
Xanəndə Oqtay Hacıyev vəfat edib

Xanəndə Oqtay Hacıyev vəfat edib

Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.
Bu barədə APA-ya mərhumun sənət dostu Sabir Abdullayev məlumat verib.
Oqtay Hacıyev 1951-ci ildə Şəmkir rayonunda anadan olub. O, Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestrinin solisti, Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına xorunun ali dərəcəli tenor ifaçısı və solisti olub.
Mərhum sənətkar məşhur "Neyçün bəs?" mahnısınin müəllifi və Xan Şuşinskinin sonuncu tələbəsi idi.