• 29 May 2022
logo
Aktyor Robert Morse vəfat edib

Aktyor Robert Morse vəfat edib

“Mad men” serialının aktyoru Robert Morse 90 yaşında vəfat edib.
TASS xəbər verir ki, aktyor Los-Ancelesdəki evində dünyasını dəyişib.
Qeyd edək ki, Robert Morse 1931-ci il mayın 18-də Massaçusets ştatının Nyuton şəhərində anadan olub.
Bir çox filmlərdə rol alan aktyoru müasir tamaşaçılar daha çox Toni və Emmi mükafatlarının qalibi "Mad Men" (2007-2015) serialı ilə tanıyır.