• 9 Sentyabr 2024
logo
Nazirlik “Fəryad-2” filminin nümayişinin gecikməsinə münasibət bildirib

Nazirlik “Fəryad-2” filminin nümayişinin gecikməsinə münasibət bildirib

Mədəniyyət Nazirliyi “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) tammetrajlı bədii filminin kütləvi nümayişə çıxarılmamasının səbəbini açıqlayıb.
Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti Vaqif Mustafayevin dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi “Həyat, deyəsən, gözəldir” (“Fəryad-2”) tammetrajlı bədii filminin hələ ki kütləvi nümayişə çıxarılmamasının səbəbi onun beynəlxalq kino festivallarına təqdim olunması ilə əlaqədardır.
Qeyd olunub ki, film yalnız festival həyatı başa çatdıqdan sonra tamaşaçılara təqdim olunacaq.