• 27 May 2022
logo
Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin müddəti yenidən uzadılıb

Aşıq Ələsgərin abidəsi ilə bağlı müsabiqənin müddəti yenidən uzadılıb

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün 23 dekabr 2021-ci il - 15 mart 2022-ci il tarixlərində heykəltəraşlar arasında elan olunan müsabiqənin vaxtı uzadılıb.
Nazirlikdən APA-ya verilən xəbərə görə, müsabiqəyə təqdim olunmuş eskiz layihələrə Mədəniyyət Nazirliyinin “Heykəltəraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən müvafiq qaydada baxılıb. Eskiz layihələrin Aşıq Ələsgər obrazının tam xarakterini əks etdirmədiyini nəzərə alaraq, komissiya üzvləri tərəfindən müsabiqənin 3 ay müddətinə uzadılmasına dair qərar qəbul edilib. Belə ki, müsabiqəyə nümunələrin qəbulu üçün son tarix 30 iyun 2022-ci il tarixi müəyyən edilib.
Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra 15 iyul 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.ilməsinə dair Tədbirlər Planı” çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 30 noyabr 2021-ci il tarixli 3019 nömrəli “Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.