• 26 May 2022
logo
Anar Kərimov Avropa Şurasının Baş katibini qəbul edib

Anar Kərimov Avropa Şurasının Baş katibini qəbul edib

Bu gün mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.
Nazirlikdən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq, həyata keçiriləcək birgə layihələrin inkişaf perspektivlərdən söhbət açılıb.
Anar Kərimov Avropa Şurası ilə ölkəmiz arasında birgə fəaliyyətin əhəmiyyətini xüsusi qeyd edərək, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” təşəbbüsü çərçivəsində 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində qarşılıqlı uğurlu əməkdaşlığı bir daha vurğulayıb.
Daha sonra nazir ölkəmizin irəli sürdüyü "Mədəniyyət naminə sülh" qlobal kompaniyası haqqında söz açıb. Bildirib ki, bu kompaniya mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. A.Kərimov bu qlobal layihədə Avropa Şurasını da tərəfdaş təşkilat kimi görmək istədiyini dilə gətirib.
Qəbula görə təşəkkürünü bildirən Baş katib Mariya Peyçinoviç Buriç Azərbaycanın mədəniyyət sahəsində həyata keçirilən təşəbbüsləri yüksək qiymətləndirdiyini bildirib. Nazirlik tərəfindən irəli sürülən qlobal layihələrdə Avropa Şurasının dəstəyini ifadə edib. Baş Katib Avropa Şurası və Azərbaycan arasında qəbul olunması nəzərdə tutulan yeni Fəaliyyət Planının mədəniyyət sahəsində də gələcək əməkdaşlığa dair öz töhfəsini verəcəyinə əminliyini qeyd edib.
Görüş qarşılıqlı maraq doğuran layihələr ətrafında fikir mübadiləsi ilə davam edib.

Anar Kərimov Avropa Şurasının Baş katibini qəbul edibAnar Kərimov Avropa Şurasının Baş katibini qəbul edibAnar Kərimov Avropa Şurasının Baş katibini qəbul edib