• 28 Mart 2024
logo
Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək

Mədəniyyət naziri və nazir müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən dekabrın 17-də saat 11:00-da Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Saatlı rayon Mədəniyyət Mərkəzində (Saatlı şəhər, Heydər Əliyev prospekti, 127) Saatlı və Sabirabad rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, həmin gün saat 11:00-da nazir müavini Rafiq Bayramov Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 7) Hacıqabul rayonundan olan vətəndaşlarla görüşəcək.

Dekabrın 24-də saat 11:00-da isə Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şirvan şəhər Heydər Əliyev Mərkəzində (Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospekti, 8 ) Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.