• 19 Mart 2024
logo
Nəsimi-650: Rusiyanın Pyatiqorsk şəhərində tədbir keçiriləcək

Nəsimi-650: Rusiyanın Pyatiqorsk şəhərində tədbir keçiriləcək

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbirlər davam edir.

“Nəsimi-650” yubiley ili çərçivəsində növbəti tədbir Rusiya Federasiyasının Pyatiqorsk şəhərində keçiriləcək.

Bu barədə məlumatı Cebhe.info-ya tanınmış xanəndə Mütəllim Dəmirov verib.

Onun sözlərinə görə, o və digər musiqiçi həmkarları, “Novruz” rəqs qrupu sözügedən şəhərdə nəsimisevərlər qarşısında çıxış edəcəklər.