• 7 Dekabr 2024
logo
"Azərxalça"nın Müşahidə Şurasının təşkili qaydası dəyişib

"Azərxalça"nın Müşahidə Şurasının təşkili qaydası dəyişib

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nə dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Cəmiyyətin Müşahidə Şurasının tərkibinə dəyişiklik olunub.
İndiyə qədər Müşahidə Şurası İqtisadiyyat Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 (üç) nəfər üzvdən ibarət olub. Müşahidə Şurasının tərkibi İqtisadiyyat Nazirliyinin (2 nəfər), Əmlak Məsələləri Dövlət Komitəsinin (1 nəfər) nümayəndələrindən ibarət olub.
Dəyişikliyə əsasən, Müşahidə Şurası İqtisadiyyat Nazirliyinin nümayəndəsi olan 3 üzvdən ibarət olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev “İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 23 oktyabr 2019-cu il tarixli fərmanına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət xidməti İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. Əmlak Məsələləri Dövlət Komitəsi ləğv edildiyi üçün Nazirlər Kabinetinin qərarı uyğunlaşdırma xarakteri daşıyır.