• 19 Mart 2024
logo
Xırdalan Mədəniyyət Evində nəğməli görüş

Xırdalan Mədəniyyət Evində nəğməli görüş

Xırdalan Mədəniyyət Evində Dünya Azərbaycanlılarının Həmrəylik gününə və Kəlbəcər Uşaq İncəsənət məktəbinin müəllimi, pianist Arzu Xəlilovanın yaradıcılığının 10 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin aparıcısı Ülkər Piriyeva qonaqları salamlayaraq, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə iştirakçıları təbrik edib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbirdə Abşeron Rayon Mədəniyyət Mərkəzinin müdiri Arif Vəliyev, Kəlbəcər Uşaq İncəsənət məktəbinin direktoru Bünyamin Cəfərov, şair Rəsmiyyə Sabir və başqaları çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə iştirakçıları təbrik ediblər və Arzu Xəlilovaya yaradıcılıq uğurları arzulayıblar. Tədbirdə Arzu Xəlilovanın tələbələri dünya və Azərbaycan klassik musiqisindən nümunələr səsləndiriblər.