Rusiyanın Xalq artisti Gennadi Yuxtin bu gün vəfat edib.
"RİA Novosti" xəbər verir ki, aktyorun ölüm səbəbi məlum deyil.
Qeyd edək ki, aktyor 1932-ci ildə anadan olub. O, "Yadplanetli qohumlar", "Zareçnaya küçəsində bahar", "Əsgər haqqında ballada", "Sahildən azad etmə", "Andromeda dumanlığı", "Rezidentin səhvi” filmlərindəki obrazları ilə tanınıb.
Ümumilikdə Yuxtinin 120-dən çox film və televiziya şousunda rolları var.