• 29 Noyabr 2023
logo
Mədəniyyət Nazirliyi maliyyə yoxlamalarına aydınlıq gətirib

Mədəniyyət Nazirliyi maliyyə yoxlamalarına aydınlıq gətirib

Mədəniyyət Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Nazirlikdə aparılan yoxlamalarla bağlı açıqlama verib.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Mədəniyyət Nazirliyində 2021-ci ildə aparılmış yoxlama 01 yanvar 2006-ci il tarixindən 08 may 2020-ci il tarixədək olan dövrü əhatə edib.
“Məlum olduğu kimi, Dövlət Təhlükəzilik Xidməti tərəfindən 2020-ci ilin 8 may tarixində Mədəniyyət Nazirliyində və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətində əməliyyat-istintaq tədbirləri həyata keçirilmiş, Nazirliyin və Xidmətin bəzi vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığında şübhəli şəxs qismində saxlanılıb. Aparılmış istintaq tədbirləri nəticəsində Mədəniyyət Nazirliyi zərərçəkmiş şəxs qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmlərinə əsasən həmin vəzifəli şəxslər azadlıqdan məhrum edilib və onların üzərində həbs qoyulmuş əmlakları dövlət hesabına müsadirə olunub”, - bildirilib.