• 29 Mart 2024
logo
Fransız modelyer və fotoqraf Tyerri Müqler vəfat edib

Fransız modelyer və fotoqraf Tyerri Müqler vəfat edib

Fransalı modelyer, eyniadlı moda evinin yaradıcısı, məşhur dizayner və fotoqraf Tyerri Müqler 73 yaşında vəfat edib.
"RİA Novosti"nin verdiyi xəbərə görə, modelyer təbii səbəblərdən dünyasını dəyişib.
T.Müqler 1948-ci ildə Fransanın Strasburq şəhərində anadan olub. 1980-1990-cı illərdə kolleksiyaları onu dünya səviyyəsində məşhurlaşdırıb. 1990-cı illərdə moda dünyasından uzaqlaşan modelyer 2002-ci ildən bu sahəni tamamilə tərk edərək fəaliyyətini fotoqrafiya, şou üçün kostyumların yaradılması, ətir şüşələrinin dizaynı kimi sahələrdə davam etdirib.