• 30 İyun 2022
logo
Rusiyanın tatınmış artisti Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib

Rusiyanın tatınmış artisti Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib

Rusiyanın əməkdar artisti Rəsmi Cəbrayılov 90 yaşında vəfat edib.
TASS xəbər verir ki, aktyor dünən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Rəsmi Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışıb.
1993-cü ildən "Taqanka Aktyorlar Ansamblı"nın artisti olub. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub. Rəsmi Cəbrayılov 2019-cu ildə milli mədəniyyətin və incəsənətin inkişafında xidmətlərinə və uzun illər səmərəli fəaliyyətinə görə “Vətənə xidmətə görə” ordeni, II dərəcəli medalla təltif edilib.
O, həmçinin "1001-ci qastrol", "De ki, məni sevirsən!", "İşgüzar səfər", "Nizami", "Bəyin oğurlanması", "Alman klinikasına şəxsi səfər" "Ölsəm... bağışla" filmlərində rol alıb.