• 28 Mart 2024
logo
Gürcü şair Rezo Amaşukeli vəfat edib

Gürcü şair Rezo Amaşukeli vəfat edib

Gürcü şairi və ictimai xadimi Rezo Amaşukeli 85 yaşında vəfat edib.
TASS xəbər verir ki, məlumatı şairin yaxınları təsdiqləyib.
Qeyd edək ki, Amaşukeli 1936-cı il iyunun 24-də Kutaisi şəhərində anadan olub. 1960-cı ildə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Amaşükeli 1957-ci ildə şeir və poemalar çap etməyə başlayıb.
1986-cı ildə Gürcüstan Yazıçılar İttifaqının katibi təyin edilib. Amaşukeli 1996-cı ildə Gürcüstanın “Şərəf” ordeni ilə təltif edilib, 2003-cü ildə isə Tbilisinin fəxri vətəndaşı seçilib.