• 18 Aprel 2024
logo
Görkəmli yazıçı və publisist yubeliyini qeyd edib

Görkəmli yazıçı və publisist yubeliyini qeyd edib

Beynəlxalq Muğam Mərkəzində Müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndələrindən olan Əmir Pəhləvanın 60 illik yubeliyinə həsr olunmuş tədbir keçirilib. Tədbirə dəvət olunan yazıçı, şair, və digər qonaqlar ədibi doğum günü münasibəti ilə təbrik ediblər, onun yaradıcılılığının Azərbaycan ədəbiyyatında mühüm rola malik olduğunuvurğulayıblar. Daha sonra isə, qonaqlara Əmir Pəhləvanın həyatı və yaradıcılığını əks etdirən qısametrajlı film nümayiş olunub. Qeyd edək ki, publicist, yazıçı - şair Əmir Pəhləvan 1959-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Mahmudoba kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Əmir Hacıyev "Bakı", "Azərbaycan müəllimi", "İlham" kimi qəzetlərdə fəaliyyət göstərib. Əmir Pəhləvan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", "Şəhriyar", "Svilizasiya beşiyi – Çin", "Tahirə" və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissorudur. Onun 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabi keçmiş possovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunub.