• 29 Mart 2024
logo
Məşhur serialın qəhrəmanı öldü

Məşhur serialın qəhrəmanı öldü

İkinci Dünya Müharibəsi veteranı, ABŞ ordusunun paraşüt birliyinin sağ qalan sonuncu piyadası, polkovnik Edvard Şeyms 90 yaşında vəfat edib.
Onun ölüm xəbərini Hollomon-Braun cənazə evi açıqlayıb.
Bildirilib ki, Şeyms öz evində dünyasını dəyişib.
Qeyd edək ki, 2001-ci ildə onun həyatı Stiven Spilberq və Tom Henksin birgə layihəsi olan və Stiven Ambrosun eyniadlı əsəri əsasında çəkilən "Qardaşlar qrupu" (“Band of Brothers”) serialında canlandırılıb. Serial həmin dövrün müharibə mövzusunda çəkilən ən yaxşı seriallarından sayılır. Aktyor Cozef Mey serialda Edvard Şeymsi canlandırıb.