• 29 Mart 2024
logo
Nazir: “Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı 5 illik fəaliyyət planı hazırlayacağıq”

Nazir: “Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı 5 illik fəaliyyət planı hazırlayacağıq”

“Mədəniyyət naminə sülh təşəbbüsü ilə bağlı 5 illik fəaliyyət planı hazırlayacağıq”.
Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, təşəbbüsün məqsədi postkonflikt və postmüharibə dövrlərindən sonra mədəniyyətin dirçəlməsi və qorunması üçün davamlı sülhün təmin edilməsidir: "Davamlı sülh olduğu yerdə davamlı inkişaf olur. Mədəniyyət canlanır və inkişaf edir. Qarabağda da məhz bunu istəyirik. Artıq 3 beynəlxalq təşkilat təşəbbüsü dəstəkləyir. Prezident İlham Əliyev də mədəniyyət naminə sülh təşəbbüsünə böyük dəstək verir. Bu ideyanın gerçəkləşməsi üçün ayrıca maliyyə də ayırılıb. İndi planımız tərəfdaş təşkilatlarla 5 illik fəaliyyət planı tərtib etməkdir. 5 il ərzində bu ideyayənın kağızda yox, əməldə icra edilməsinə nail olmaq istəyirik".