• 28 Mart 2024
logo
Nazir: “Azərbaycan uzunmüddətli sülh prosesinin qurulmasına hazırdır”

Nazir: “Azərbaycan uzunmüddətli sülh prosesinin qurulmasına hazırdır”

“Azərbaycan üzləşdiyi bütün problemlərə rəğmən hələ də mədəniyyətin sülhü təşviq edə biləcəyinə inanır”.
Bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib.
Nazir bildirib ki, bu, bölgədə dayanıqlı sülhə yol açacaq: “Sülhyaratma prosesini qonşu Ermənistanla başlamaq üçün təkliflər verilib. Burada nəqliyyat yolların, dəhlizlərin bərpa olunmasından daha çox məna daşıyır. Sülhyaratma prosesi daha vacibdir. Azərbaycan uzunmüddətli sülh prosesinin qurulmasına hazırdır. Eyni zamanda, dayanıqlı sülh yaratmaqla bölgədə dayanıqlı inkişafın yaradılmasında Azərbaycan maraqlıdır. Mədəniyyət naminə sülh təşəbbüsdür, konsepsiyadır. Eyni zamanda, Azərbaycanın bu təşəbbüsünün arxasında real əməllər dayanır. Prezident İlham Əliyevin məqsədi bütün dünyada mədəniyyətlər arasında dialoqu təşviq etmək məqsədi güdürdü. Bu təşəbbüs 2008-ci ildə başlayıb və artıq 13 il keçib. Hətta BMT-nin Baş katibi səviyyəsində də artıq Azərbaycanın bu təşəbbüsü qiymətləndirilib. Biz mədəniyyət naminə sülh konsepsiyanı təşviq etməklə yeni imkanlar yaratmağı və sonradan inkişaf etdiriləcəyinə inanırıq”.
A. Kərimov bu təşəbbüsün nəticələr verməsi üçün artıq bir neçə praktiki fəaliyyət görmək istədiklərini vurğulayıb: “Artıq bu konsepsiya ətrafında tədbirlər planı hazırlanacaq. Mədəniyyət naminə sülh konsepsiyası üçün proqramların hazırlanmasına tədqiqatçılar cəlb olunub və sülhün mədəniyyətə olan töhfəsini araşdıracaqlar. Növbəti proqram isə mədəniyyətə yönəlik mükafatla bağlıdır. Bu daha çox kino sahəsi üçün nəzərdə tutulur. Onlar daha çox incəsənət nümunələri ilə mədəniyyəti təşviq edəcəklər. Digər proqram gənc nəsillər üçün nəzərdə tutulur. Sülhü müdafiə edən gənclərə biz meydan vermək istəyirik. Bu proqram çərçivəsində sülh üzrə çempionlar müəyyən ediləcək. Biz də onlara şərait yaradacağıq ki, o insanlar bütün dünyada sülh üçün danışsınlar”.