• 19 Mart 2024
logo
“Tehran-43” filminin rejissoru Vladimir Naumov vəfat edib

“Tehran-43” filminin rejissoru Vladimir Naumov vəfat edib

Rusiyanın tanınmış rejissoru, SSRİ Xalq artisti Vladimir Naumov vəfat edib.
TASS xəbər verir ki, Rusiya Kinematoqrafçılar İttifaqından bildirilib ki, SSRİ xalq artisti, “Tehran-43”, “Qaçış” və digər filmlərin rejissoru V. Naumov bu gün 93 yaşında dünyasını dəyişib.
V.Naumov 1927-ci ildə Leninqradda andan olub. 1952-ci ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.
O, "Pavel Korçagin", "Gələnlərə sülh", "Tehran-43" və başqa filmlərin rejissoru kimi məşhurlaşıb.
1983-cü ildə SSRİ Xalq artisti adına layiq görülüb.