• 20 Aprel 2024
logo
Rusiya Prezidentinin nümayəndəsi: “Nizami Gəncəvi əsərləri ilə müxtəlif dinləri, xalqları birləşdirə bilmişdi”

Rusiya Prezidentinin nümayəndəsi: “Nizami Gəncəvi əsərləri ilə müxtəlif dinləri, xalqları birləşdirə bilmişdi”

“Hazırda Rusiyada Nizamı Gəncəvinin heykəlləri var. Mən bilirəm ki, o heykəllər qoyulanda elə də asan bir dövr deyildi. Ancaq İslam dünyasının dahi oğlu Rusiya Federasiyasında adının əbədiləşdirilməsinə layiqdir”.
Bunu Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxış edən Rusiya Federasiyası Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
O bildirib ki, Nizami Gəncəvi İslam dünyasının, Şərqin dahi oğludur: “O, öz işləri ilə, əsərləri ilə müxtəlif dinləri, xalqları birləşdirə bilmişdi. İnsan həyatının çox maraqlı tərəflərini başa düşməyə imkan yaratmış, həm özünü bilməyin, həm də özünü dərk etməyin yolunu göstərmişdi. 1941-ci ildə Sankt-Peterburq Böyük Vətən müharibəsinin sərt yumruğunu hiss etməsinə baxmayaraq orada Nizami Gəncəviyə aid tədbir keçirilmişdi. Böyük Vətən müharibəsi başlayan vaxt insanlar başqa şeylər haqda düşünsələr də onlar Nizamiyə tədbir həsr etmişdilər. Nizami Gəncəvi kimi mütəfəkkirlərin adına keçirilən tədbir çox önəmlidir. Mən iki dahi mütəfəkkirin adını çəkə bilərəm ki, onlar yaşadığı şəhəri tərk etməsələr də dünya quruluşunu başa düşürdülər. Onlardan biri Kant, digəri isə Nizami Gəncəvidir. Bu ilin “Nizami Gəncəvi İli” kimi qeyd olunması çox önəmli faktdır. Biz Rusiya Federasiyası olaraq da Nizami Gəncəviyə aid müxtəlif tədbirlər keçirmişik. Bir daha foruma uğurlar arzulayıram”.