• 29 Mart 2024
logo
Fərhad Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

Fərhad Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev F.Q.Xəlilovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan təsviri sənətinin inkişafında və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə Fərhad Qurban oğlu Xəlilov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.