• 25 Aprel 2024
logo
Güney Azərbaycanda türkcə çəkilmiş “Atabay” filmi beynəlxalq festivalda

Güney Azərbaycanda türkcə çəkilmiş “Atabay” filmi beynəlxalq festivalda

Güney Azərbaycanın türkcə çəkilmiş “Atabay” filmi beynəlxalq festivala dəvət alıb.
Güneyli rejissor və prodüsser Niki Kəriminin türkcə çəkdiyi “Atabay” filmi İngiltərənin beynəlxalq “Kembric” film festivalında nümayiş etdiriləcək.
Bundan öncə “Atabay” filmi “Asiyapasifik” film festivalında iştirak etmişdi.
“Kembric” film festivalı 18-25 noyabr tarixləri arası dünyanın müxtəlif ölkələrindən çoxsaylı filmlərin iştirakı ilə keçiriləcək.
Filmin beynəlxalq distribütoru Əli Qiyasvənd bildirib ki, türkcə filmin beynəlxalq festivalda iştirakını onun tanınması deməkdir və ekran əsəri bundan sonra başqa mötəbər festivallara da dəvət alacaq.
Qeyd edək ki, “Atabay” filmi müxtəlif festival və yarışlarda iştirak edib və bir neçə mükafat qazanıb.
Gunaz.tv