• 4 Dekabr 2021
logo
Daşkənddə “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbir keçirilib

Daşkənddə “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbir keçirilib

Özbəkistan paytaxtında fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) şəhərdəki “Turan” Kitabxana-İnformasiya Mərkəzi (KİM) ilə birgə “Nizami Gəncəvi: Şərqin böyük şairi” adlı tədbir keçirib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirdə şairin 880 illiyi ilə bağlı AMM-nin özbək dilinə tərcümə və çap etdirdiyi “Xəmsə”sinin təqdimatı olub.
Tədbirdə Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Bakıdan gələn digər qonaqlar, Özbəkistanın elm, mədəniyyət xadimləri, ali məktəblərin müəllim və tələbələri iştirak ediblər.
Xalq artisti Gülyanaq Məmmədova və özbək müğənniləri Azərbaycan və özbək dillərində mahnılar ifa ediblər.
Azərbaycandan gələn heyət AMM-də də olub. Ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə əklil qoyulub. Qonaqlar AMM-də fəaliyyət göstərən Azərbaycan-Özbəkistan dostluğu muzeyi və Xalça muzeyinə baxıb, kurs və dərnəklərin işi ilə tanış olublar.