• 2 Oktyabr 2022
logo
Qarabağ hadisələrindən bəhs edən roman çap olunub

Qarabağ hadisələrindən bəhs edən roman çap olunub

Əməkdar mədəniyyət işçisi, şair-yazar, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun “Xiffət” adlı yeni kitabı işıq üzü görüb.
Bu barədə APA-ya şairin müəllifin özü məlumat verib.
Müəllifin ilk romanı olan bu əsərin mövzusu Qarabağ hadisələrini özündə əks etdirir. “Xiffət” romanı Qarabağ hadisələrinin başlanğıcından, Xocalı faciəsindən, torpaqlarımızın işğalından tutmuş müqəddəs yurd yerlərimizin müzəffər Azərbaycan ordusu tərəfindən azad etməsinə, zəfər günümüzə qədər olan hadisələri özündə birləşdirir.
Müəllif bir ailənin taleyi timsalında müharibənin insan həyatına vurduğu silinməz izlərdən söhbət açır. Romanda təxəyyülünün məhsulu olan Ümid, Şəlalə, İntiqam kimi obrazların həyatda yaşayan, qəhrəmanlıq göstərən konkret insanlarla, döyüşçülərlə ünsiyyəti, onların hərəkət və davranışlarına verdikləri qiymət haqq işi uğrunda mübarizə fonunda təsvir olub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında çap olunan “Xiffət” romanının redaktoru Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəssamları isə İlqar Tofiqoğlu və Kübra Əkbərovadır.