• 18 Oktyabr 2021
logo
“Gənclik” metrostansiyasında “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb

“Gənclik” metrostansiyasında “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb - FOTO

Bakı Metropoliteninin “Gənclik” stansiyasının keçidlərində “Könlüm keçir Qarabağdan” adlı foto-sərgi açılıb.
Sərgidə təqdim olunan 92 nadir foto əsasən Azərbaycan Milli Arxiv İdarəsi tərəfindən təqdim olunub.
Fotoşəkillərdə işğaldan azad olunmuş bölgələrimizin hər birinin tarixi, ən əsası, bu tarixin çoxlarına tanış olan əhəmiyyətli hissəsini təşkil edən XX əsrdəki gündəlik həyatın bir parçası olan sosial-mədəni mühiti, məişəti, təbiəti, mənzərələri canlandırır.
Sərgidə həmçinin Qarabağ və Şərqi Zəngəzurun canlı rəmzinə çevrilmiş mədəni-tarixi irsi də izləyicilərin diqqətinə çatdırır.
Sərgidə Heydər Əliyevin Şuşaya səfərləri və həyata keçirdiyi mədəni-tarixi layihələr, habelə Ağdam-Xankəndi dəmiryolunun açılışını əks etdirən fotoşəkillər yer alır.
Qeyd edək ki, hər stenddə təqdim edilən QR kod isə sərgini canlı görmək imkanı olmayanlara fərqli məkanlarda müvafiq mobil cihazlar vasitəsilə izləməyə şərait yaradacaq.