• 19 Oktyabr 2021
logo
XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində simfonik musiqisi axşamı keçirilib

XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində simfonik musiqisi axşamı keçirilib

XIII Beynəlxalq Musiqi Festivalının beşinci günü Azərbaycan Dövlət Filarmoniyasında polşalı musiqiçilərin iştirakı ilə simfonik musiqi axşamı keçirilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, konsertin əsas iştirakçıları dirijor Pavel Kotla və soprano səsli müğənni İvona Sobotka olub.
Konsert Qara Qarayevin “İldırımlı yollarla” baletindən süita ilə başlanıb. Baletin ən parlaq, afro-amerika çalarlı epizodları olan “Ümumi rəqs”, “Qaraların rəqsi”, “Gitaralı qızların rəqsi” ifa edilib.
Daha sonra Karl Şimanovskinin soprano ilə orkestr üçün “Şahzadənin mahnıları” adlı silsiləsinin dünya üzrə ilk ifası baş tutub. Xatırlatmaq lazımdır ki, bir neçə il öncə əsərin əvvəlki redaktələrindən biri aşkarlanıb ilk ifa üçün hazırlanırdı, lakin pandemiya səbəbindən “Şahzadənin mahnıları” silsiləsinin ilk ümumdünya ifası Bakıda və məhz Ü.Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşib. Silsilə solist, soprano müğənni İvana Slobodka ilə müşayiət edən orkestrin ifasında səslənib.
Konsertin ikinci bölməsində Lüdviq van Bethovenin təntənəli, bir qədər də matəm ruhlu VII simfoniyası ifa edilib.