• 24 Aprel 2024
logo
Azad edilmiş ərazilərdə bu il 42 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanacaq

Azad edilmiş ərazilərdə bu il 42 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanacaq

İşğaldan azad edilmiş ərazilərdə yerləşən 42 tarix-mədəniyyət abidəsinin bu il pasportunun hazırlanması, 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsi aparılacaq.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumata görə, cari il üçün ümumilikdə pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur.