• 25 Aprel 2024
logo
Azərbaycanla Özbəkistan müştərək film çəkəcək

Azərbaycanla Özbəkistan müştərək film çəkəcək

Daşkənddə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Özbəkistan Baş nazirinin müavini Əziz Əbduhakimov və mədəniyyət naziri Ozodbek Nazarbekovla görüşüb.
Bu barədə A.Kərimov özünün rəsmi “Twitter” səhifəsində paylaşım edib.
O, Baş Nazirin müavini ilə görüşdə iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanlarını müzakirə etdiklərini bildirib: “Abidələrin bərpası, müştərək filmlərin çəkilməsi, şəhərlərin qardaşlasması kimi məsələlər üzrə razılaşdıq”.
A.Kərimov həmçinin O.Nazarbekovla görüşündə xalqlarımızın dərin tarixi köklərə bağlı olmasını, birgə tarix və ənənələrimizin ölkələrimizdə və beynəlxalq səviyyədə tanıdılması, araşdırmaçılar arasında əməkdaşlıq və digər birgə layihələri müzakirə etdiklərini də vurğulayıb.