• 10 İyul 2025
logo
Fransız yazıçı Filipp Klodel Qonkur Akademiyasının baş katibi seçilib

Fransız yazıçı Filipp Klodel Qonkur Akademiyasının baş katibi seçilib

Fransız yazıçı və kinorejissoru Filipp Klodel rəsmən Qonkur Akademiyasının baş katibi seçilib.
Tass xəbər verir ki, 59 yaşlı yazıçı bundan əvvəl isə baş katib vəzifəsini icra edirdi.
O, 2011-ci ildən Akademiyanın üzvüdür.
Qeyd edək ki, F.Klodel iyirmidən çox romanın müəllifidir. 2003-cü ildə "Boz Ruhlar" adlı kitabı “Renado” mükafatına layiq görülüb.