• 7 İyul 2025
logo
“Xan Şuşinski – 120” virtual sərgisi hazırlanıb

“Xan Şuşinski – 120” virtual sərgisi hazırlanıb

Azərbaycan Milli Kitabxanasında “Xan Şuşinski – 120” adlı virtual sərgi hazırlanıb.
Milli Kitabxanadan verilən məlumata görə, virtual sərgidə görkəmli xanəndənin həyat və yaradıcılığı haqqında materiallar, rəsmi sənəd, fotolar, mükafatları nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xan_Shushinski_120/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, avqust ayının 20-də Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Xan Şuşinskinin 120 illik yubileyi tamam olur.