• 19 Yanvar 2022
logo
Bakı Dövlət Sirkinin bir qrup əməkdaşı təltif olunub

Bakı Dövlət Sirkinin bir qrup əməkdaşı təltif olunub

Bakı Dövlət Sirkinin ilk premyerasının 75 illiyi ilə əlaqədar olaraq sirk sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyət göstərdikləri üçün sirkin əməkdaşları mükafatlandırılıblar.
Bu barədə Bakı Dövlət Sirkindən məlumat verilib.
Bildirilib ki, sirk sənəti sahəsində xidmətinə görə Bakı Dövlət sirkinin dirijoru, Əməkdar artist Azad Quliyev, orkestrin üzvü Ələddin Əliyev, manej inspektoru Cəlal Cəlalov, janr üzrə aktyor Vüqar Nuxov, illüzionist Tofiq İsgəndərliyə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.