Eyni gündə doğulanlar: İki sənətkarımızın ad günüdür
Bu gün Azərbaycan incəsənətinin iki böyük ismi, müasir mədəniyyətimizə möhürünü vuran iki şəxs öz ad günlərini qeyd edirlər. Onlardan biri müğənni Akif İslamzadə, o biri isə aktyor Rasim Balayevdir. İki həqiqi ulduz.
Onların hər ikisi 1948-ci ilin avqustun 8-də dünyaya göz açıblar. Bu gün ikisinin də 73 yaşı tamam olur.
Azvision.az kollektivi hər iki sənətkarımıza can sağlığı, rahat və ürəklərincə olan həyat, qazandıqları sevgi və hörmətin nəsildən-nəslə keçərək, əbədi qalmasını arzulayır.
Oxucularımızı isə onlarla bağlı hazırladığımız materialları oxumağa dəvət edirik: Nadir Qocabəylinin Akif İslamzadə haqqında qələmə aldığı “ Beyin, boğaz və ürək adamı ”, Vüsal Məmmədovun Rasim Balayevlə bağlı fikirlərini əks etdirən “ Onda sığar iki cahan ” yazıları sizin ixtiyarınızdadır.