• 13 İyul 2025
logo
Misir fironun 4600 illik gəmisini köçürdü

Misir fironun 4600 illik gəmisini köçürdü

Misir fironu Xeopsa məxsus 4600 illik gəmi yerləşdiyi ərazidən köçürülüb.
Bu barədə Misirin Turizm və Antik Əsərlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xeopsun gəmisi Giza piramidalarının yanından bu il açılacaq Böyük Misir Muzeyinə köçürülüb.
Layihənin məqsədi 20 tonluq sidr ağacından ibarət gəminin gələcək nəsillər üçün qorunub saxlanılmasıdır.
Gəmin daşınması təxminən 48 saat çəkib.
Qeyd edək ki, qədim Misirdə inşa edilmiş və 1954-cü ildə Giza piramidalarının yerləşdiyi ərazidə tapılan gəminin uzunluğu 43,6 metr, eni 5,9 metrdir.