• 9 İyun 2023
logo
Flora Kərimovaya Prezidentin fərdi təqaüdü verilib

Flora Kərimovaya Prezidentin fərdi təqaüdü verilib

Prezident İlham Əliyev F.Ə.Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə, Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.