• 3 İyun 2023
logo
Taliban məşhur komediya ustasını öldürdü

Taliban məşhur komediya ustasını öldürdü - Video

Əfqanıstanın məşhur komediya ustası Nazar Məhəmməd Taliban qüvvələri tərəfindən öldürülüb. İranlı müxbir Tacuden Soruş Nazar Məhəmmədin öldürülməsi ilə bağlı Tvitter səhifəsində video paylaşıb. Videoda Məhəmmədin öldürülməzdən əvvəl Taliban tərəfindən qaçırıldığı və avtomobildə şiddətə məruz qalması ilə bağlı görüntülər əksini tapıb. Görüntülər sosial mediada böyük qalmaqal yaradıb. Qeyd edək ki, Nazar Məhəmməd keçən həftə naməlum şəxslər tərəfindən evindən qaçırılmışdı.