• 24 Aprel 2024
logo
Bu il Avropa Film Festivalı onlayn formatda keçirilir

Bu il Avropa Film Festivalı onlayn formatda keçirilir

Bu il Avropa Film Festivalı onlayn formatda keçirilir.

Bu barədə Avropa Film Festivalının açılışı ilə bağlı keçirilən mətbuat konfransında məlumat verilib.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Avropa Film Festivalı mədəni istiqamətdə əməkdaşlığı gücləndirməyə xidmət edir: “Bu il festivalımız ilk dəfə onlayn formatda təşkil olunur ki, bu da Avropa kinematoqrafiyasını təkcə Bakıda deyil, həm də bütün Azərbaycan tamaşaçıları üçün daha da yaxın və əlçatan edir. Filmlər hekayələri izah etmək, duyğuları ifadə etmək və fikirləri hərəkətə gətirmək gücünə sahibdir. Bu festivalla Avropa mədəniyyətinə dair daha çox məlumat verəcəyimizə və Azərbaycan və Avropa İttifaqı xalqları arasında mədəniyyətlərarası anlaşma mesajını yayacağımıza ümid edirik”.

Qeyd edək ki, artıq 11-ci ildir ki, Avropa Film Festivalı Azərbaycanda keçirilir. Sonuncu festival 2019-cu ildə keçirilib. COVID-19 pandemiyası və daha sonra isə müharibə ilə əlaqədar festival təxirə salınıb. Bu il keçirilən festivalda 10 film nümayiş olunur (2 sənədli film, 2 komediya və 6 dram filmi). Bu gün başlayan festival iyunun 29-dək davam edəcək. İzləyicilər festivalscope.com saytından qeydiyyatdan keçərək bu filmləri ödənişsiz izləyə bilər.

Filmlərin əksəriyyəti nüfuzlu beynəlxalq film festivallarının qalibləridir. “Oleg” , “Fire will come”, “Our Struggles” - Kann Festivalı; “Audition” - Toronto Film Festivalı və San Sebastian Müsabiqəsi; "A casa my Home" - Sundance 2020 Dünya Sənədli Film Müsabiqəsi və Sarayevo 2020 Sənədli Film Müsabiqəsi; "Aurora"- Edinburq Beynəlxalq Film Festivalı;