• 27 Yanvar 2023
logo
Amerikalı aktyor Ned Bitti vəfat edib

Amerikalı aktyor Ned Bitti vəfat edib

“Oskar” mükafatına namizəd olmuş amerikalı aktyor Ned Bitti vəfat edib.

APA-nın "Gazeta.ru"ya istinadən verdiyi xəbərə görə, bu barədə aktyorun qızı bildirib.

83 yaşlı N.Bitti iyunun 13-də Los-Ancelesdəki evində vəfat edib.

Xatırladaq ki, amerikalı aktyor daha çox “Deliverance” (1972), “Nashville” (1975), “All President Men” (1976), “Supermen” (1978 və 1980-ci ildə çəkilən sikveldə) kimi filmləri ilə məşhurdur.

O, "Teleset" (1976) filmindəki roluna görə “Oskar” mükafatına namizəd göstərilib.