• 15 Oktyabr 2019
logo
add image
Xalq artisti Ofeliya Sənani yaxın günlərdə evə buraxılacaq

Xalq artisti Ofeliya Sənani yaxın günlərdə evə buraxılacaq

Xalq artisti Ofeliya Sənani yaxın günlərdə evə buraxılacaq.
Respublika Müalicə Diaqnostika Mərkəzindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olan O.Sənani üzərində invaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib:
"Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır".
Xalq artisti Ofeliya Sənani 05.10.2019-cu il tarixində kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olmuşdur. İnvaziv kardioloq, tibb üzrə fəlsəfə doktoru Şahin Xəlilov tərəfindən koronar angioqrafiya müayinəsi aparılmışdır. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. Hazırda hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır.