Bakıda dövlət mühafizəsində olan tarixi binanın damında tikilmiş mansard sökülür.
APA-nın prosesi izləyən əməkdaşı xəbər verir ki, paytaxtın Nəsimi rayonu 28 May küçəsində yerləşən binada söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.
1908-ci ildə tikilmiş bina mühafizə olunan tarix və mədəniyyət abidələri siyahısındadır.
Binanın damında mansard bir neçə il əvvəl qeyri-qanuni tikilib.