• 24 Aprel 2024
logo
Şiddət gördüyü keçmiş əriylə yenidən evləndi

Şiddət gördüyü keçmiş əriylə yenidən evləndi

Türkiyəli məşhur model Elif Ece şiddət gördüyü keçmiş əri Mehmet Tuş ilə yenidən ailə həyatı qurub.

BiG.AZ xəbər verir ki, bir müddət əvvəl dəfələrlə fiziki zorakılığa məruz qaldığı keçmiş əri haqda 2 ay müddətində uzaqlaşdırma qərarı aldıran model Mehmeti 3-günlük həbs etdirmişdi.

E.Ece bu yaxınlarda etdiyi açıqlamada M.Tuşa yenidən ərə getdiyini açıqlayıb:

"Ərim bütün var-dövlətini itirdi. Daha sonra aramızda baş verən hadisələrə görə biri-birimizi incidərək ayrıldıq. Səhvlərimizi başa düşüb, ötən ay yenidən evləndik".

Qeyd edək ki, cütlüyün əkiz övladı var./Axşam.az