• 14 Oktyabr 2019
logo
add image
Növbəti auksion üçün əsərlərin qəbuluna start verilir

Növbəti auksion üçün əsərlərin qəbuluna start verilir

Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC şirkəti və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə növbəti auksion üçün əsərlərin qəbuluna start verilir.
Nazirlikdən verilən məlumata görə, auksion Mədəniyyət Nazirliyinin patronajlığı altında Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini yaratmaq, alıcı və satıcılar arasında əlaqə qurulmaq, art biznes sahəsində rəqabət qabiliyyətliyinin gücləndirilmək məqsədi ilə həyəta keçirilir.
Tədbirdə əntiq əşyaların, qədimi mebellərin, musiqi alətlərinin, saatların, zərgərlik məmulatlarının, xalça və xalçaçılıq məmulatlarının, nadir şərabların ixtisaslaşdırılmış auksionunun təşkili nəzərdə tutulur.
Xatırladaq ki, auksion və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.