• 26 Sentyabr 2021
logo
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov

Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov

Qardaş Türkiyənin dəstəyini sadəcə Qarabağ müharibəsində deyil, bütün tarix boyunca hiss etmişik. 100 il öncə də Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycanı, Bakını işğaldan xilas etdik. Bu gün isə Qarabağı sizin dəstəyinizlə işğaldan azad etdik. Türkiyə dövlətinə və qardaşlarımıza təşəkkür edirəm. Bu dəstəyi heç bir zaman unutmadıq, unutmayacağıq.

Trend-in məlumatına görə, bunu Türkiyədə rəsmi səfərdə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altunla görüşü zamanı Mədəniyyət naziri Anar Kərimov deyib. O qeyd edib ki, Azərbaycan əsgərləri Qarabağda böyük bir qəhrəmanlıq göstərdi və bu, sadəcə Azərbaycan və Türkiyənin deyil, bütün Türk dünyasının zəfəridir: “Gənc nəsilimiz tariximizlə fəxr etməlidir. Otaq tariximizi, kimliyimizi daha yaxşı tanıtmaq üçün əlimizdən gələni edəcəyik”.

Nazir informasiya savaşında və ermənilərin Azərbaycanın sivil insanlarını atəşə tutması ilə bağlı Türkiyənin böyük dəstək verdiyini vurğulayıb: “Müharibə ərazilərdə bitsə də masada hələ də davam etməkdədir. Artıq mədəni diplomatiya sahəsindəki təzyiqləri görürük. Bu səbəbdən birlikdə işimizi proaktiv şəkildə davam etdirməyimiz çox vacibdir. Ermənistanın Dağlıq Qarabağda mədəni irsə qarşı etdiyi vəhşiliyi bütün dünyaya göstərmək üçün “Peace for Culture” adı ilə başlatdığımız kampaniyada da türkiyəli qardaşlarımızın dəstək verəcəyini gözləyirik”.