• 29 Sentyabr 2021
logo
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir

Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir

Azərbaycan və Türkiyə Vətən müharibəsi haqqında birgə film çəkəcək.

Trend-in Türkiyə KİV-ə istinadən məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.

Nazir bildirib: "30 ildir işğal altında olan torpaqlarımızı azad etdik və həmin o müharibə, müharibədə döyüşən qəhrəman əsgər və zabitlərimiz haqqında yüksək səviyyəli bir film çəkmək üçün qardaş ölkə Türkiyənin kino şirkətləri ilə bigə çalışmaq niyyətindəyik".

A.Kərimov qeyd edib ki, Türkiyənin bu sahədə olan təcrübəsini öyrənmək və Azərbaycanda bu təcrübədən istifadə etmək niyyətindədirlər.