• 24 Aprel 2024
logo
Dövlət Xidmətinin rəis müavini Tovuzdakı “Şah Abbas” məscidinə baxış keçirib

Dövlət Xidmətinin rəis müavini Tovuzdakı “Şah Abbas” məscidinə baxış keçirib

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli yenidənqurma işləri ilə tanış olmaq məqsədi ilə Tovuz rayonunda yerləşən Mədəniyyət evinə baxış keçirib.

Dövlət Xidmətindən verilən məlumata görə, bildirilib ki, yenidənqurma işləri artıq yekunlaşmaq üzrədir, qısa zamanda Mədəniyyət evi istismara hazır vəziyyətdə olacaq.

Həyata keçirilən təmir-bərpa işlərinin yekunlaşması, istismara hazırlıqla bağlı görülməli olan bir sıra vacib məqamlar diqqətə çatdırılıb.

Azad Cəfərli sonra Tovuz rayonunun Yanıqlı kəndində yerləşən “Şah Abbas” məscidinə baxış keçirib. Yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmış tarixi abidə haqqında məlumat verilib.

Dövlət Xidmətinin rəsmisi tarixi abidənin qorunması istiqamətində atılmalı olan vacib addımları vurğulayıb.

Azad Cəfərli daha sonra “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna səfər edib, qoruğun fəaliyyəti ilə tanış olub. Ötən ilin dekabrında Ağstafa rayonunun Soyuqbulaq qəsəbəsindən “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğuna çəkilən avtomobil yolunun inşası zamanı tarixi abidə ehtimal edilən bir sıra arxeoloji tapıntılara rast gəlindiyi ilə bağlı məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tarixi abidə ehtimal olunan obyektlərin rast gəlindiyi yolun 11-14 kilometrliyində arxeoloji xilasetmə, kəşfiyyat və arxeoloji tədqiqat işləri aparılıb.

Dövlət Xidmətinin rəsmisi qoruğun gələcək fəaliyyət istiqamətləri, görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verib.